Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Katalonyadakı parlament seçkisini separatçılar qazandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Katalonyadakı parlament seçkisini separatçılar qazandı

İspaniyanın Kataloniya Muxtar Bölgəsindəki parlament seçkilərində separatçı partiyalar (müstəqillik tərəfdarları) hökumət qurmaq çoxluğunu təmin edə biliblər.


 
"Marja" xəbər verir ki, Kataloniya Muxtar Bölgəsində, birtərəfli müstəqillik elanından sonra mərkəzi hökumətin buraxdığı 135 üzvlü yerli parlamentin yeni üzvlərini təyin etmək üçün seçki keçirilib.

Reklam_3_11


 
Seçkinin nəticəsinə görə, separatçılardan Kataloniya Avropa Demokrat Partiyası (PDeCAT) ilə Kataloniya Demokratik Uyğunlaşma Partiyasının (CDC) yaratdığı "Kataloniya Üçün Birlikdə Koalisiya" 34 (21,68 faiz), Kataloniya Respublikaçı (ERC) 32 (21,41 faiz) və Xalq Birliyi Namizədliyi Partiyası (CUP) 4 deputat (4,45) yeri təmin edib.

 

Müstəqillik tərəfdarları hökumət qura bilər


 
Müstəqillik tərəfdarları 70 kreslo əldə edib və hökuməti qurmaq üçün minimum say olan 68-i keçib. 2015 seçkilərində 72 yer əldə edən separatçı partiyalar, güc itirsə də hakimiyyəti saxlamağı bacarıb.


 
Nəticə, müstəqillik elanından sonra vəzifəsindən azad edilən, haqqında həbs qərarı çıxarılan Kataloniya Üçün Birlikdə Koalisiya lideri və keçmiş rəhbər Carles Puigdemonta yenidən prezidentlik yolu açılıb. Qaçdığı Belçikadan İspaniyaya dönməsi vəziyyətində haqqında həbs qərarı olan Puigdemontun, ölkəyə qayıdıb qayıtmayacağı bu mərhələdə bilinmir.

22.12.2017 05:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ