Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestorlar üçün unikal platforma

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestorlar üçün unikal platforma

Xəbər verildiyi kimi, “Özəlləşmə portalının” (privatization.az) istifadəyə verilib.

 

Reklam_3_11

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı unikal, əlverişli platformadır. Azərbaycanda özəlləşməyə çıxarılmış bütün dövlət əmlakları, o cümlədən səhmdar cəmiyyətləri, iri müəssisələr, kiçik dövlət müəssisələri, qeyri-yaşayış və torpaq sahələri, avadanlıqlar və nəqliyyat vasitələri barədə müfəssəl məlumatlar bu portalda yerləşdirilir. Portal Azərbaycanda özəlləşmə prosesində iştirak etmək istəyən bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Belə ki, sayt vasitəsilə həm özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatı əldə etmək, hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür. Bu isə nəticə etibarı ilə özəlləşmə prosesinə geniş investor kütləsinin cəlb edilməsi, həmçinin prosesin optimallaşması və şəffaflığın daha da artırılması üçün dəstək mexanizmidir.

 

Portalda özəlləşmə prosesini əhatə edən investisiya müsabiqələri, hərraclar bölmələri yer alıb. Ziyarətçilər investisiya müsabiqələri bölməsinə daxil olmaqla müsabiqə vasitəsilə özəlləşəcək açıq səhmdar cəmiyyətlərin siyahısı ilə tanış ola bilər. Saytda müsabiqəyə çıxarılan müəssisələr sənaye, aqrar, inşaat, xidmət, səhiyyə, telekommunikasiya, nəqliyyat sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb. Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb. Həmçinin müəssisələrin foto şəkilləri, əsas istehsal sahələri və onların qısa xarakteristikası, o cümlədən investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı məlumatlar yerləşdirilib. Eyni zamanda əmlaklarla əvvəlcədən tanışlıq investora öncədən fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir. Müsabiqənin keçirilməsində məqsəd isə qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirmədən sonra istehsal proseslərin genişləndirilməsidir. Qeyd edilməlidir ki, investisiya müsabiqə haqqında məlumatlar bir ay öncədən portalın müvafiq bölməsində yerləşdirilir.

 

İnvestorlar, iş adamları hərraclar bölməsindən hərraca çıxarılacaq dövlət əmlakları barədə hər həftə yenilənən məlumatlar əldə edə bilərlər. Həmin əmlaklar hərracın keçirilməsindən 1 ay öncə yerləşdirilir.

 

Hərraclar bölməsində özəlləşməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri, torpaq sahələri, nəqliyyat vasitələri barəsində ətraflı məlumat əldə etmək mümkündür. İstifadəçilər bu bölmədən hərraca çıxarılan müəssisələr, onların profilləri, hərracların keçirilmə vaxtı və nəticələri ilə tanış ola bilərlər. Həmçinin məlumatda hərraca çıxarılan əmlakın adı, ünvanı, ümumi faydalı sahəsi, torpaq sahəsi, ilkin satış qiyməti, 10% behin məbləği, mövcud işçilərin sayı kimi informasiyalar, görüntülərini əks etdirən foto şəkillər yerləşdirilib. Qeyd edilməlidir ki, hərraca çıxarılan əmlaklar həm Bakı və onun ətraf rayonlarında həm də digər bölgələrimizdə yerləşir. Müəssisələr sənaye, nəqliyyat, məişət, iaşə, qida, toxuculuq, təmir, və digər sahələrə aid olmaqla bazardakı mövqeyinə görə gəlirli əmlaklardır. Nəqliyyat vasitələrinin markaları isə müxtəlif olur. Özəlləşdirməyə hər növ minik avtomobilləri, yük maşını, kənd təsərrüfatı texnikası çıxarılır.

 

Hərracın keçirilməsindən bir ay öncə müəssisələr haqqında məlumatın öyrənilməsinin investorlar baxımından bir sıra üstünlükləri mövcuddur. Həmin müəssisələrin fəaliyyəti, mövcud imkanları barədə məlumatın əldə edilməsi qabaqcadan alıcıya biznes fəaliyyətinə uyğun əmlakı seçməkdə imkanlar yaradır. Bununla investor hansı müəssisələrin onun biznes planlarına uyğun olacağı ilə bağlı rahat qərar qəbul edə bilir. Düşünülmüş biznes planının tətbiqi belə müəssisələrin gələcək fəaliyyətinin uğurlu olmasına imkan verəcək. Qeyd edilməlidir ki, hərraca çıxarılan əksər əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdirilir. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılır. 

Hərracların təşkilində və sonrakı proseslərdə şəffaflıq tam təmin olunur. Belə ki, proses yekunlaşdıqdan sonra nəticələr barəsində də məlumat əldə etmək mümkün olur. Nəticələr bölməsində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərraclarda özəlləşdirilmiş obyektlərin siyahısı yerləşdirilir. Bundan başqa həmin əmlakların adı, ünvanı, sahəsi, ən son təklif edilən qiyməti barədə də məlumat əks olunur.

 

Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2017-2018” başlıqlı bölməyə daxil olmaqla da investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür.

 

Eyni zamanda portalda özəlləşmə prosesinə onlayn qoşulmaq imkanları da yaradılıb. Belə ki, hərraclar vasitəsilə əmlakı özəlləşdirmək istəyən iş adamları privatization.az saytına daxil olmaqla elektron qaydada sifariş vermək, hərraclarda onlayn iştirak etmək imkanına malikdir. Müəssisə haqqında geniş informasiya əldə edən investor həmin əmlakın hərracında iştirak etməyə qərar verirsə “Sifariş ver” düyməsinə keçməsi lazımdır. Daha sonra yeni açılan pəncərədə istifadəçi E-Hökumət portalına giriş vasitələrindən birini seçməklə xidmətə daxil olur.

 

Portalda həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır.

 

Qeyd edilməlidir ki, ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda özəlləşmə prosesinində aktiv dinamikanın müşahidə edilməsinə, investisiya mühitinin daha da sağlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır.

22.12.2017 07:10

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ