Çin iqtisadiyyatı gözləniləndən sürətlə böyüdü
Çin iqtisadiyyatı 2016-ci ilin son rübündə son iki ildə ilk dəfə sürətlənib.
"Marja" xəbər verir ki, ümumi daxili məhsul ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.8 faiz artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə iqtisadiyyatın sözügedən dövrdə 6.7 faiz artması gözlənilirdi.
2016-cı il ərzində isə iqtisadi artım 6.7 faiz ilə 1990-dan bu yana ən yavaş səviyyədə baş tutub. Ancaq bu nisbət hələ də rəsmi iqtisadi inkişaf hədəfi olan 6.5% ilə 7%-in ortasındadır.
Çin, keçən ilə olduqca volatil başladıqdan sonra, gözləniləndən daha yaxşı bir performans göstərərək il ərzində gücləndi. Emal sənayesindəki sıçrayış və deflyasiyanın nəzarət altına alınması buna kömək edib.
Bu gün açıqlanan digər məlumatlara görə, pərakəndə satışlar Dekabr ayında bir əvvəlki illə müqayisıdə 10.9 faiz artıb. Gözlənti bu göstəricinin 10.7 faiz artması istiqamətində idi.
Sənaye istehsalı Dekabr ayında illik müqayisədə 6.0 faiz yüksəlib. Bu göstəricinin 6.1 faiz artması gözlənilirdi.
İnvestisiyalar bütün il üçün 8.1 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
59 d. əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
3 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək