Rəsmən ABŞ prezidenti oldu
ABŞ-ın 45-ci Prezidenti Donald Trump and içib.
Trump andiçmə mərasimində, "ABŞ-ın prezidentlik vəzifəsini sədaqətlə aparacağıma və əlimdən gələnin ən yaxşısını edərək ABŞ Konstitusiyasını mühafizə edəcəyimə, qoruyacağama və müdafiə edəcəyəmə and içirəm" deyərək - andı təkrarlayıb.
Trump andiçmədən sonra təbrikləri qəbul edib.
Trump çıxış da edib:
"Ölkəmizi yenidən təsis etmək istəyirik. Hər kəsdən çox yaxşı bir səy görürük. Amerika və dünya bu səylərin nəticələrini görəcək. Qarşımıza çətinliklər çıxacaq. Bir çox çətinliklər ilə üzləşəcəyik, amma işimizi bacaracağıq".
"Vaşinqton DC-dəki hakimiyyəti təhvil alırıq və sizlərə xalqa veririk. Vaşinqton inkişaf edib, ancaq təəssüf ki, bunu insanlar hiss etmədi. Bir çox zavod bağlandı, işlərini itirən insanlar olub, amma Vaşinqton həmişə özünü qorudu, xalqını qorumadı. Buradakı qələbələr sizin qələbələr olmadı, onların əldə etdikləri uğur sizlərin nailiyyət olmadı. Siyasətçilər zənginləşdi, vətəndaşlar kasıblaşdı. Qeyd olunacaq şeylər xalq üçün qeyd olunacaq şeylər deyildi. İndi dəyişiklik başlayır. Bu an sizə aiddir".
"Ölkəmiz təkrar rifaha qovuşacaq, böyüyəcəkdir. Sabahın texnologiyalarını istifadə etməyə hazırlaşırıq. İstər ağ, istər qara olaq, hamımızın qanı qırmızıdır. Hamımız ABŞ-ın böyük bayrağını salamlayırıq".
"Təhsil sistemi gənclərimizi və uşaqlarımızı məlumatdan məhrum edəcək şəkildə təsis edildi. Cinayətkar qruplar, dəstələr bir çox insanın həyatını məhv etdi. Bütün bu hekayə burada qurtarır. Biz bir millətik, tək millətik. Hər birimizin acısı, bizim acımız. Onları xəyalları bizim xəyallarımız. Bizim uğurumuz ancaq onların uğuru olarsa önəmlidir".
"Mədəni dünyanı radikal İslamçılara qarşı birləşdirəcəyik. Radikal İslamı dünya üzərində yox edəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
47 d. əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Recent Group” və “Area Alfa Group” şirkətlərinin rəhbərəri barəsində cinayət işi başladı
-
1 saat əvvəl
"Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"
-
2 saat əvvəl
“PSG-Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
-
2 saat əvvəl
İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib
-
2 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib
-
2 saat əvvəl
"Baytarlıq preparatları insan sağlamlığına da dolayı yolla risk təşkil edir”
- 2 saat əvvəl
- 3 saat əvvəl