Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Fitch": Gələn il Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch": Gələn il Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək

"Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ilə üzrə MDB və Gürcüstanın bank sektorlarına dair proqnozlarını açıqlayıb.

 

Reklam_3_11

Hazırda reytinq agentliyinin Rusiya, Ermənistan və Ukraynanın bank sektorları üzrə proqnozu stabildir. Bununla yanaşı, "Fitch"in Qazaxıstan, Azərbaycan və Belarusun bank sektorları üzrə proqnozu neqativdir. "Bu ölkələrin milli valyutaları kəskin devalvasiya ilə üzləşib. Adıçəkilən ölkələrdə xarici valyuta ilə kreditləşmə olduqca yüksək səviyyədədir. Tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalıdır".

 

Gürcüstan və Özbəkistanın bank sektorları üzrə reytinq stabildir.

 

Rusiyanın bank sektoru üzrə proqnoz rublun məzənnəsinin və ölkə iqtisadiyyatının stabilləşməsinə əsaslanıb.
 

Agentliyin mütəxəssisləri qeyd edir ki, Azərbaycan banklarının kapitalına və likvidliyinə təzyiq mövcuddur. Buna səbəb aktivlərin keyfiyyətinin pisləşməsidir.

 

"Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda "təmizləmə"nin davam edəcəyini düşünürük", - deyə məlumatda qeyd edilib.

© APA

12.12.2016 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ