Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın bank sektoru üzrə "mənfi proqnoz" saxlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bank sektoru üzrə "mənfi proqnoz" saxlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Fitch” beynəlxalq reytinq agentliyi 2018-ci il üçün Azərbaycanın bank sektoru üzrə mənfi proqnozu saxlayıb. Bu barədə agentliyin məlumatında deyilir.

 

Reklam_3_11

"2018-ci ildə MDB, Ukrayna və Gürcüstanda daha əlverişli iqtisadi fon və aktivlərin keyfiyyətinə təzyiqin azalması üçün görülən tədbirlər sayəsində bu ölkələrin bank sektorunun perspektivləri əsasən sabitdir. Azərbaycanın bank sektoru üzrə proqnoz neqativ olaraq qalır”, - deyə məlumatda bildirilir.

 

Agentliyin qiymətləndirmələrinə görə, respublikanın bank sektoru üzrə neqativ proqnozlar “aktivlərin keyfiyyətinə müntəzəm təzyiq”lə əlaqədardır.

 

"Biz 2018-ci ildə Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda iqtisadi artımın möhkəmlənəcəyini gözləyirik", - deyə məlumatda qeyd olunur.

 

Agentlik qeyd edir ki, 2017-ci ildə Azərbaycan və Qazaxıstan hökumətləri iri bankların problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Lakin Azərbaycanda kreditorlar çox zaman normativ məhdudiyyətlərdən asılı olaraq qalır.

 

© İterfaks

22.12.2017 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ