Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Hindistanın əczaçılıq şirkətləri Azərbaycanda qeydiyyatdan keçmək üçün müraciət edib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hindistanın əczaçılıq şirkətləri Azərbaycanda qeydiyyatdan keçmək üçün müraciət edib"

"Azərbaycan və Hindistan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək inkişaf  edir".
 

Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.


 
Hindistanın neft-qaz sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu söyləyən səfir bildirib ki, Hindistan qeyri-neft sektorunda, məsələn, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
 


Azərbaycan və Hindistan arasında əczaçılıq sahəsində əməkdaşlığa toxunan S. Rana qeyd edib ki, Azərbaycanda dərmanların qiymətləri tənzimləndikdən sonra Hindistanın bir çox əczaçılıq şirkətləri burada qeydiyyatdan keçmək üçün müraciət edib: "Əczaçılıq bizim əməkdaşlığın əsas prioritetlərindən biridir. Hindistanın əczaçılıq sənayesi daha uyğun qiymətə keyfiyyətli dərman istehsal edən sənayedir. Bizim əczaçılıq  məhsullarımız Amerika  və Avropa standartlarına cavab verir. Hindistanın əczaçılıq şirkətləri bu sahədə birgə müəssisələrin yaradılmasına böyük maraq göstərirlər. Həmin şirkətlərin qeydiyyatı başa çatdıqdan sonra Azərbaycanda da yüksək keyfiyyətli dərmanlar görə biləcəyik".

22.12.2017 14:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ