“Hazırda sahibkarlarla heç bir məhkəmə çəkişməmiz yoxdur”

“Hər kəsə məlumdur ki, Azərbaycanda sahibkarlara dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

 

“Ölkəmizdə sahibkarlara verilən dövlət dəstəyi bir çox ölkələr üçün nümunədir.  Prezident İlham Əliyev tərəfindən sahibkarlıq subyektlərinə dövlət dəstəyinin verilməsi üçün müvafiq tapşırıqlar verilib, bu sahədə bir sıra normativ sənədlər imzalanıb, sahibkarlara müəyyən güzəştlər verilib. Dövlət Gömrük Komitəsi hər zaman sahibkarlara dəstək verib və bundan sonra da verəcək. Bu il ərzində Dövlət Gömrük Komitəsi yanında Apellyasiya Şurasında cəmi 1 müraciətə baxılıb ki, bu da bizim qurumla bağlı deyildi. Hazırda Dövlət Gömrük Komitəsi ilə sahibkar arasında bur dənə də olsun məhkəmə çəkişməsi yoxdur. Çətin il olsa da, biz bu ili uğurla başa vururuq”, - deyə A.Əliyev vurğulayıb.

 

© APA

22 Dekabr 2017 , 19:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin