Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Dəmir Bank": Borclar növbəlilik prinsipinə əsasən qaytarılacaqdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dəmir Bank": Borclar növbəlilik prinsipinə əsasən qaytarılacaqdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaqdır".

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu barədə Dəmir Bankın sosial şəbəkədə yaydığı məlumatda deyilir.

 

"Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilmişdir. 


Fəaliyyətdə olduğumuz müddət ərzində Sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq. 


Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaqdır. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaqdır. Bununla bağlı mütəmadi olaraq Bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcəkdir. İnanırıq ki, hər bir müştərimiz sonda Dəmir Bankı xoş təəssüratla xatırlayacaq. Uğurlar.


Əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərsiniz".

23.12.2017 16:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ