Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Kristal Abşeron” layihələrində “media-yoxlama”!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kristal Abşeron” layihələrində “media-yoxlama”!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Jurnalistlər bir-bir “Kristal Abşeron” layihələrini gəzib tikinti və təmir işlərinin vəziyyətini yoxlayıblar


 

“Kristal Abşeron” şirkəti 20-dən artıq yaşayış kompleksi layihəsilə Azərbaycanda ən iri tikinti şirkətlərindən biridir. Dekabrın 23-də jurnalistlər şirkətin “8-ci Mikrorayon”, “Qara Qarayev” və “Günəşli” layihəsində olaraq tikintinin vəziyyəti, mənzillərin təmiri kimi məsələlər ilə maraqlanıblar.

 

“8-ci Mikrorayon” layihəsi “Azadlıq” metro stansiyasının beş addımlığında, “Kəmalə və Nərmin” şadlıq sarayının yanında yerləşir.

 

FEVRALDAN YAŞAYIŞ BAŞLAYIR

 

Tikinti sahəsində qızğın iş gedirdi. Layihədə tikinti və təmir işlərinin icrasına rəhbərlik edən Elçin Hüseynov jurnalistlərə bildirdi ki, layihənin vaxtında tikib təhvil vermək üçün var güclərilə çalışırlar:

 

“Bu yaşayış kompleksi 3 binadan ibarətdir. Artıq tamamlama işləri gedir, mənzilləri təmir edirik. 1-ci binada 10-cu mərtəbəyə qədər oboy işləri, 16-cı mərtəbəyədək də kafel-metlax işləri görülüb. İkinci binada mənzillərdə üzlük işi tamamilə qurtarıb, 10-cu mərtəbəyə qədər kafel-metlax vurulub. Pol işi də tamamlanıb. 2018-ci ilin Fevral ayının sonuna 3 binadan 2-sinin təhvil verilməsi nəzərdə tutulur. 3-cü bina da bir ay sonra – Mart ayında istifadəyə veriləcəkdir”.

 

 

TƏMİR İSTƏYƏ UYĞUN APARILIR

 

Elçin Hüseynov bildirdi ki, binalarda 315 mənzil mövcuddur, artıq mənzillərin 80%-i satılıb. Binalar şəhərin əlverişli zonasında yerləşdiyindən və mənzillər tam təmirli təhvil verildiyindən 1 kvadrat metri 1480 manatdan təklif olunur.

 

Jurnalistlər 1,2 və 3 otaqlı mənzillər ilə tanış oldular. Mənzillər sahibinin istəyinə uyğun təmir edilib. Təmirin yüksək yüksək keyfiyyətli materiallardan istifadə edilməklə, səliqəli aparıldığı diqqəti çəkir.

 

Elçin Hüseynov bildirdi ki, alıcılara divar kağızı, otaq qapıları, kafel-metlax, pol seçimi imkanı yaradılıb.

 

Binadakı otaqlardan birində təmirdə istifadə edilən materialların nümunələri qoyulub. Mənzil sahibi otaqlara uyğun divar kağızını, qapıları, hamam və tualetin kafelini və s. seçə bilər. Təmir alıcının seçdiyi materiallar ilə, istədiyi dizaynda aparılır.  

 

Təmirdə istifadə edilən oboylar İtaliya, kafel-metlax İspaniya, santexnika aksesuarları və pəncərələr Türkiyə, qapılar Belarusiya, parket Macarıstan və Rusiya istehsalıdır. Ümumiyyətlə təmirdə istifadə edilən materialların 80%-i Avropa ölkələrində istehsal olunur.

QIŞDA İSTİ, YAYDA SƏRİN MƏNZİLLƏR

 

Elçin Hüseynov xüsusilə qeyd etdi ki, “Kristal Abşeron”un ən böyük üstünlükərindən biri də inşa  etdiyi bütün binaların daş yunla üzlənməsidir:

 

“Daş yun istini içəridən çölə, soyuğu da içəriyə buraxmır. Başqa binalarda əlinizi divara vursanız soyuq olacağını hiss edəcəksiniz. Bizim binalarda divarlar, təklif edirəm əlinizi vurun, normal tempraturda olur. Daş yun yanğına da davamlıdır. Daş yun imkan verir ki, mənzil sahibi qışda istiliyə, yayda da sərinliyə çox pul xərcləməsin. Qeyd etdiyim ki, qışda mənzildəki istilik, yayda da sərinlik itmir”.

 

“MEBELİNİZİ GƏTİRİB YAŞAYIN. ÖZÜM DƏ BU BİNADA MƏNZİL ALMIŞAM”

 

“Yalnız mebelinizi gətirib yaşayın” vəziyyətdə mənzillərin təmir olunduğunu bir daha təkrarlayan Elçin Hüseynov özünün də “8-ci Mikrorayon” layihəsində mənzil aldığını bildirdi.

 

Mənzillər kombi ilə qızdırılacaqdır:  “Kombi sakinlər üçün çox sərfəlidir. Bu layihədə təmirə kombi də daxildir.Sadəcə, mebelinizi gətirib yaşayın”.

 

 

8 ŞƏKİLİNDƏ LAYİHƏ

 

Jurnalistlər şirkətin “Qara Qarayev” metro stansiyası yaxınlığında inşa etdiyi iri yaşayış kompleksində də oldular.

 

İlk öncə satış müdiri Anar Qurbanov Satış Mərkəzində jurnalistlərə ümumi məlumat verdi. Qeyd etdi ki, “Qara Qarayev” lahiyəsi tam hazır olduqda 12 binadan ibarət olacaqdır.

 

Layihə 8 rəqəmi şəkilindədir. Birinci mərhələdə 6 binanın tikintisi başa çatdırılıb. Binalardan 3-ü təhvil verilib,  hazırda digər 3 binada mənzillərin təmiri aparılır. 4-cü bina bir ay ərzində, digər binalar isə qarşıdakı 6 ay ərzində yaşayışa təhvil veriləcəkdir. Birinci mərhələdə tikilmiş 6 binanın hər biri 16 mərtəbə və mansarddan ibarətdir. İkinci mərhələ üzrə tikilən binalar isə 19 mərtəbə və mansarddan ibarət olacaqdır. Artıq ikinci mərhələ üzrə bir binanın tikintisi aparılır.

 

 

BİNALARIN  “ONURĞA SÜTUNUNU” RUSİYADAN ALIRIQ

 

Anar Qurbanov bildirdi ki, binada beton və armatur 100% keyfiyyətli olmalıdır. Armatur binanın “onurğa sütunudur”. Binaların tikintisində istifadə edilən armaturlar Rusiyanın Çelyabinski şəhərində fəaliyyət göstərən zavoddan alınır.  Bu armaturlar tullantılardan istehsal edilmir, sırf dəmir filizindən əldə olunur.

 

Beton da yüksək keyfiyyətlidir. Bu yüksək keyfiyyəti almaq üçün Almaniyanın şirkətinin qəlblərindən istifadə olunur. Mebeləbənzər qəlblər hesabına betonda yüksək marka (350 marka) alınır.

 

Şirkətin digər layihələrində olduğu kimi, “Kristal Abşeron” layihəsində də binalar daş yun ilə üzlənir. Vulkanik mənşəli bazalt suxurlarının 1500-1800 dərəcə tempraturda əridilməsi yolu ilə əldə edilən daş yun yanğına qarşı davamlı olmaqla bərabər, mənzillərdən qışda istiliyin, yayda isə sərinliyin itməsinin qarşısını alır.

 

FRANSIZ ÜSLUBUNDA BALKONU OLAN MƏNZİLLƏR

 

Sonra jurnalistlər mənzilləri gəzdilər. Çoxlu sayda ustalar binaları daş yunla üzləyir, mənzilləri təmir edir, həyətyanı sahədə tələb olunan işləri görürdülər.

 

Fransız üslubunda balkonlu mənzillər səliqəli təmir edilirdi.

 

Anar Qurbanov  mənzillərin  ev sahibinin istəyinə uyğun  təmir olunduğunu vurğuladı:

 

“Təmirə başlayan zaman müştərini dəvət edirik. Əgər ev sahibi mənzilin layihəsində dəyişiklik istəyirsə istəyə uyğun dəyişiklik edirik. Elektrik, telefon, internet xəttinin çəkilişi mənzil sahibinin istəyinə uyğun aparılır, “razetkalar” ev sahbinin dediyi yerlərdə quraşdırılır. Müştəri tam sərbəstdir, istənilən zaman gəlib təmirə baxa, istək və şikayətini bildirə bilər.

 

Bizim öz dizaynerlərimiz var. Müştəri özü də dizayn təqdim edə bilər. Məznil onun istədiyi dizaynda təmir edilir. Tavana alçibandan müştərinin istədiyi fiqurlar işlənir.

 

Divar kağızları İtaliya istehsalıdır. Çeşidər hər 3 aydan bir dəyişir. Divar kağızı vurulan zaman da mənzil sahibi dəvət edilir və otağa uyğun seçilmiş divar kağızını vururuq.

 

Oboylar İtaliya, kafel-metlax İspaniya, hamam və tualet aksesuarları Türkiyə, palıd parketlər Macarıstan, çöl qapıları Türkiyə, radiatorlar İtaliya istehsalıdır.

 

Qeyd edildi ki, “Qara Qarayev” layihəsində 1 kvadrat metr üçün qiymətlər 1250 manatdan başlayır. Qiymət binanın yerləşməsi mövqeyindən və təhvil veriləcəyi tarixdən asılı olaraq qalxır. Mənzilləri ilkin ödənişi minimum 20%, illik faizi 7% olan 25 il müddətinədək ipoteka ilə də əldə etmək mümkündür

 

Anar Qurbanov əlavə etdi ki, “Kristal Abşeron”dan alınan mənzillər çıxarışla (kupça) ilə təmin edilir. Mənzil yaşayışa təhvil verildikdən qısa müddət sonra “kupça” da təqdim olunur. Çıxarışı alan mənzil sahibi və ailə üzvləri yeni üvana qeydiyyata düşə bilərlər.

BU KOMPLEKSDƏ QİYMƏT 1000 MANATDAN DA AŞAĞIDIR

 

“Kristal Abşeron”un digər iri yaşayış kompleksi layihəsi Yeni Günəşli qəsəbəsindədir. Şirkətin Yeni Günəşlidəki birinci layihəsi üzrə binalar 2016-cı ildə yaşayışa təhvil verilib. “Yeni Günəşli 1” layihəsi 4-ü 7 mərtəbəli, digər 4-ü isə 12 mərtəbəli binadan olmaqla cəmi 8 binadan ibarət yaşayış kompleksdir. Bu kompleks 3 ilə tikilərək təhvil verilib. Hazırda inşası davam edən “Yeni Günəşli 2” layihəsi isə 9 binadan ibarətdir. Layihəyə 2015-ci ilin sonunda start verilib. Artıq 3 bina yaşayışa təhvil verilib,  digər binalarda da sürətlə tikinti işləri aparılır.

 

Jurnalistlər “Yeni Günəşli 2” layihəsi ilə əyani tanış oldular. Digər “Kristal Abşeron” layihələrində olduğu ki, bu komplksdə də mənzillər təmirli təhvil verilir. Hazırda mənzillərin güzəştli qiymətlə satışı üzrə kampaniya keçirilir. Belə ki, Yeni Günəşli layihəsində tam təmirli mənzillərin 1 kv metri 995 manatdan başlayan qiymətlərlə təklif olunur. Son tarix 30 yanvar 2018-ci ildir.

24.12.2017 10:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ