Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 25-də Bakıda Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndəliyi açılacaq.

 

Reklam_3_11

Rusiya İxrac Mərkəzindən verilən məlumata görə, RİM-in Bakıdakı ofisi Qrupun xarici ölkələrdə açılan nümayəndəliklərinin ümumi siyahısında İran, Qazaxıstan, Tacikistan və Vyetnamdan sonra beşincidir.

 

Açılış mərasimində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və RİM Qrupunun başçısı Pyotr Fradkov iştirak edəcəklər.

 

Xatırladaq ki, həmin gün Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası keçiriləcək.

 

İclasda Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, həmçinin energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, inşaat və turizm məsələləri barədə danışılacaq. İnvestisiya layihələrinin və təşəbbüslərin inkişafı, həmçinin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin şərtlərinin yaxşılaşdırılması iclasın əsas mövzusu olacaq.

 

Səfər çərçivəsində RİM Qrupu, həmçinin B2B görüşləri və iki ölkənin şirkətləri üçün işgüzar əlaqələr birjası təşkil edəcək.

 

© Azərtac

24.12.2017 19:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ