Səudiyyə Ərəbistanında korrupsiyaya görə saxlanılan azı 20 nəfər azad edilib

Səudiyyə Ərəbistanı hökuməti bundan əvvəl korrupsiyada ittiham olunan azı 20 nəfəri həbsdən azad edib.

 

TASS xəbər verir ki, bu barədə bazar günü "The Wall Street Journal" qəzeti yazıb.

 

Nəşrin mənbələrinin məlumatına görə, son həftə ərzində azad olunanların sırasında nüfuzlu şəxslər də var. Bu, xüsusilə keçmiş maliyyə naziri və Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti rəhbərliyinin üzvlərindən biri olan İbrahim Əbdül Əziz əl-Əssafdır. O, müqəddəs Məkkədə məscidin genişləndirilməsi layihəsi ilə bağlı fırıldaqçılıqda ittiham olunurdu.

 

Sərbəst buraxılanlar arasında şahzadə Turki bin Xalid, həmçinin maliyyə nazirinin sabiq müavini və "Saudi Telecom" şirkətinin keçmiş rəhbəri də var.

 

Tezliklə korrupsiya ittihamları ilə əlaqədar məhkəmə prosesinə start veriləcək.

 

© Report

25 Dekabr 2017 , 09:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin