Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avro 1.1650 dollara kimi ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.1650 dollara kimi ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

EUR

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.18$-ın altında ticarət etməkdədir. Məzənnə üzrə təhlillər isə qiymətin 1.1809$-a kimi ucuzlaşmaqla, eniş dalğasının 1.1707 və 1.1650$-a kimi davam edə biləcəyini göstərir.

 

Qeyd etmək lazımdır ki, beynəlxalq maliyye bazarlarında “Milad bayramı” ilə əlaqədar olaraq bazar ertəsi foreks maliyye alətlərinin ticarəti dayandırılmış olacaqdır.

 

GBP

GBP/USD qiyməti də 1.34$-ın altında ticarət olunmaqdadır. Məzənnə üzrə proqnozlarında güclü eniş dalğası gözləyən investorlar üçün isə 1.3308$-ın aşağı istiqamətdə qırılması önəmli əhəmiyyət kəsb edir. Məhz bundan sonra qiymət 1.3159$-a kimi 1% ucuzlaşa bilər.

 

TRY

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsinin 3.81TL-ni aşağı istiqamətdə qırdığının şahidi oluruq. Qiymət bu səviyyənin altında qaldıqca, 3.79 və 3.76TL-ə kimi də ucuzlaşa bilər.

 

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 65$-a kimi dəyər qazanıb. Qiymət 64$-ın üzərində möhkəmləndikcə, 66 və 68$-a kimi də dəyər qazana biləcəyi proqnozları güclənir.

 

GOLD

Əlvan metallar bazarlarında da qiymət 1276$-a (39.8 $/qram) kimi bahalaşıb və 1280$-a kimi də bahalaşarsa, artım dalğasının 1302$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır. Dünyada iqtisadi qeyri-müəyyənliklər qızıla olan tələbin də artmasına səbəb olur.

 

Məlumat İnvestAz İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

25.12.2017 07:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ