Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Petkim"in avrobond emissiyasına rəsmi icazə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Petkim"in avrobond emissiyasına rəsmi icazə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Sərmayə Bazarı Qurumu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

 

Reklam_3_11

Bu barədə Şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.

 

Ümumi nominal dəyəri 500 mln. ABŞ dolları olan istiqraz emissiyasının xaricdə yerləşdirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər istiqraz emissiyası planlaşdırdığı barədə məlumat yaymışdır.

 

Bildirilib ki, avrobond emissiyasının yerləşdirilməsindən əldə ediləcək vəsaitdən əlavə resurslara ehtiyac olarsa, STAR-da pay almaq üçün əlavə mənbələrdən də istifadə ediləcək.

 

Daha əvvəl qeyd olunub ki, “Petkim” STAR zavodunda dolayı olaraq 7-9% pay almaq istəyir. Məlumata əsasən, bunun üçün "Petkim Holding" "SOCAR Turkey Enerji"dən sahib olduğu "Rafineri Holding"də 12-14% almağı planlaşdırır. Son açıqlamada isə bu faizlərin dəyişə biləcəyi qeyd edilib.

 

2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

 

© Report

25.12.2017 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ