Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Yeni il bayramı yarmarkaları bu ünvanlarda keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni il bayramı yarmarkaları bu ünvanlarda keçiriləcək

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 28-31 Dekabr 2017-cı il tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə "Marja"ya Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatda deyilir.

 

Reklam_3_11

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

 

Bakı şəhəri üzrə:

Xətai rayonu:

-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:

-Keşlə bazarının ərazisi;

 

Səbail rayonu:

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

 

Suraxanı rayonu:

-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

 

Binəqədi rayonu :

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

 

Sumqayıt şəhəri üzrə (2 yerdə):

 

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

 

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.

25.12.2017 08:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ