Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Samir Əliyev, İqtisadçı

"Ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq)". 

Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinini qəbulu ilə üzən məzənnə məsələsi yenidən gündəmə gəldi. Söhbət artıq tam üzən məzənnədə gedir. Çünki sənəddə tam üzən məzənnə rejiminin tətbiqinə keçid hədəflənib. Sənəddə qeyd edilir ki, istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndiriləcək, ortamüddətli dövrdə isə tamamilə ləğv ediləcək. Eyni zamanda bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən maliyyə alətləri tətbiqi nəzərdə tutulur.

 

Hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarında biri ola bilər. Baxmayaraq Mərkəzi Bank dekabrın 21-dən sonra üzən məzənnəyə keçidi elan edib, proseslər göstərdi ki, baş bankımız yumşaq desək buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincini inzibati müdaxilələri müəyyənləşdirir. Belə olmasaydı Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı. Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollar satıb. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub.

 

İndi əsas sual budur: tam üzən məzənnəyə keçid mümkündürmü və bu halda manatın dollar qarşısında məzənnəsi necə olacaq?

 

Əvvəllər olduğu kimi bir daha fikrimdə qalıram ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda “oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub.

 

Azərbaycan kimi Rusiya və Qazaxıstan da üzən məzənnəyə keçib. Azərbaycanla müqayisədə digər iki ölkənin iqtisadiyyatında diversifikasiya səviyyəsi yaxşıdır. Bizdə qeyri-neftin ixracda payı 5-10% arasında dəyişdiyi halda Qazaxıstanda 30%, Rusiyada isə 40-50% arasında dəyişir. Rusiya Mərkəzi Bankı üzən məzənnəyə 2014-cü ilin noyabrında keçib və son intervensiyanı həmin ilin dekabrında edib. Qazaxıstanda 2015-ci ilin avqustunda keçilib və intervensiyanı hələ də dövri olaraq davam etdirir. Yəni iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksək olduqca məzənnənin də sərbəst buraxılması məsələsi çətinlşir. Ona görə də Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca və ya gücü artırılmayınca tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Bunun üçün də fundamental addımlar atılmalıdır. Struktur islahatlarından tutmuş dövlətin iqtisadiyyatda rolunun azaldılması, mülkiyyət hüququnun qorunmasından tutmuş məhkəmələrin müstəqilliyinin təmin edilməsi kimi məsələlər həllini tapmalıdır.

 

Bu gün hiss olunur hökumətin əsas fikri daxili istehsalın artımı hesabına idxalı məhdudlaşdırmaqdır. Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarında xaricdən asılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdə qaçırılmamalıdır.

 

Tam üzən məzənnəyə keçidin narahatçılığı təkcə manatın ucuzlaşması ilə bağlı deyil. Üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir. Ölkə iqtisadiyyatının diversifiksiya səviyyəsi nə qədər aşağı olsa manatın məzənnəsinin oynaması bir o qədər kəskin olacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər.

 

Tam üzən məzənnəyə keçid zamanı manatın məzənnəsinin nə qədər olması ilə bağlı suallara gəlincə, onu deyə bilərəm ki, bu sahədə səsləndirilən istənilən rəqəm əsaslandırılması mümkün olmamaqla yanaşı reallıqdan uzaqdır. Tam üzən məzənnəyə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam üzən məzənnəyə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək.

12.12.2016 13:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ