Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiyanın iqtisadi inkişaf naziri Bakıda açılışda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın iqtisadi inkişaf naziri Bakıda açılışda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu gün Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.

 

Tədbirdə çıxış edən Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov Rusiya İxrac Mərkəzi barədə məlumat verib, Mərkəzin Rusiya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində önəmli olacağını qeyd edib.

 

Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin ticarət əlaqələrinin Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən olduğunu, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılmasının ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına, iş adamları arasında əlaqələrin genişləndirilməsinə  töhfə verəcəyini vurğulayıb.

 

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının səyləri və siyasi iradəsi nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini vurğulayb. Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamika müşahidə edilir. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradıb. Nazir Şahin Mustafayev bu gün açılan Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətinin də ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsində, işgüzar əməkdaşlığın inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əhəmiyyətli olacağını qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

 

Tədbir çərçivəsində Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin də yerləşdiyi “Ağ Şəhər”lə tanış olub, Rusiyalı nazirə layihə barədə geniş məlumat verilib.

 

Bakıda nümayəndəliyi açılan Rusiya İxrac Mərkəzi Rusiya müəssisələrinin xarici bazarlara çıxışının dəstəklənməsi, iş adamlarına gömrük, logistika, məhsulların sertifikatlaşdırılması sahəsində dəstək, yerli tərəfdaşların axtarışı üzrə məsləhət xidmətləri göstərir. Mərkəzin bir sıra ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. 

25.12.2017 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ