Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR və “Saudi Aramco” razılaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və  “Saudi Aramco” razılaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidenti Elşad Nəsirov Azərbaycan nümayəndə heyətinin tərkibində Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

 

Şirkətin mətbuat xidmətindən  bildirilib ki, SOCAR-ın rəhbərliyi forum çərçivəsində “dəyirmi masa” müzakirələrinə qatılıb, ikitərəfli görüşlər keçirib, digər tədbirlərdə də təmsil olunub. SOCAR-ın prezidenti R.Abdullayev BP-nin baş icraçı direktoru Robert Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak edib.

 

SOCAR-ın rəhbərliyi “Saudi Aramco” neft şirkətinin prezidenti Əmin Nasir və vitse-prezidenti Əbdüləziz Əl-Cüdəymi ilə görüş keçirib, müxtəlif ölkə və layihələr çərçivəsində şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə edib, dünyada neftin qiymətinin optimallaşdırılmasına yönələn OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı çərçivəsində gələcək müştərək tədbirlərin çərçivələri barədə razılıq əldə ediblər.

 

R.Abdullayev və E.Nəsirov “Əl-Dabbağ” şirkətlər qrupunun icraçı direktoru, Səudiyyə Ərəbistanı Krallığının sabiq kənd təsərrüfatı naziri Əmr Abdulla Əl Dabbağla, ABŞ-ın “APCO” şirkətinin icraçı direktoru xanım Margeri Krausla görüşüb, əməkdaşlıq və investisiya imkanları haqqında müzakirələr aparıblar.

SOCAR-ın rəhbərliyi ilə Avropa Komissiyasının yeni təyin olunmuş büdcə və insan resursları üzrə komissarı Günter Ottinger və onun ofisinin rəhbəri Mixael Hager arasında keçirilmiş görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və sair mövzular ətrafında müzakirələr aparılıb. G.Ottinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.

R.Abdullayev Davos səfəri çərçivəsində “Goldman Sachs International” şirkətinin rəhbəri Riçard Con Qnoddenin dəvəti ilə işgüzar şam yeməyində də iştirak edib, buraya dəvət olunmuş enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

 

22.01.2017 14:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ