Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Əmanətlərin qaytarılması üçün Fondun vəsaiti var?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin qaytarılması üçün Fondun vəsaiti var?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Fond tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaqdır. “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.

 

Qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulu yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcəkdir.

 

Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

 

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli 49 saylı qərarı ilə “Dəmirbank” ASC –yə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilmişdir.

25.12.2017 12:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ