Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palatadan yeni qərar - FƏALİYYƏTİ DAYANDIRILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatadan yeni qərar - FƏALİYYƏTİ DAYANDIRILDI

Maliyyə Bazarlarına Nəzarət Palatası “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyətini ölkədə dayandırdı


 

Reklam_3_11

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

 

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

 

"Marja" xəbər verir ki, Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilmişdir.

 

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilmişdir.

 

“Azərpoçt”dan "Marja"ya bildirildi ki, qurum “MoneyPolo” pul köçürmə sistemilə heç vaxt əməkdaşlıq etməyib. “Azərpoçt”, "Western Union", "Contact" və "Золотая Корона" sistemləri ilə pul köçürmələri təklif edir.​

 

25.12.2017 13:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ