Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Gəncə" traktorları Türkiyədə yığılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gəncə" traktorları Türkiyədə yığılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il Türkiyədə Gəncə avtomobil zavodunun filialının açılışı nəzərdə tutulur.

 

Reklam_3_11

Bu barədə Gəncə avtomobil zavodu İstehsalat Birliyinin müşahidə şurasının sədri, millət vəkili Xanlar Fətiyev İstehsalat Birliyində ilin yekunlarına həsr edilmiş yığıncaqda deyib.

 

X. Fətiyev deyib: "Növbəti ildə "Gəncə" traktorlarının Türkiyədə yığılmasına nail olmaq istəyirik. Bununla da müəssisəmizin texnikalarının üçüncü ölkələrdə satışını təşkil etməyi düşünürük. Məlumat üçün deyim ki, Gəncə avtomobil zavodu İstehsalat Birliyinin həm Gürcüstanda, həm də Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir ".

 

Xanlar Fətiyev yaxın günlərdə Aqrolizinq ATSC ilə 1000 traktor və 700 traktor qoşqusu ilə bağlı müqavilə imzalanacağını bildirib.

 

Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

© Trend

25.12.2017 13:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ