Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məhsuldarlığını eşidən hallabonq əkir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhsuldarlığını eşidən hallabonq əkir

Bir neçə gündür Lənkəranın sitrusçuluq təsərrüfatlarında hallabonq meyvəsinin yığımına başlanılıb.

 

Cənubi Koreyadan gətirilən və ilk dəfə Lənkəran rayonunun Sütəmurdov kəndində 10 hektar ərazidə əkilən bu sitrus meyvəsi dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənir.

 

Aqronom Fərman Abdullayev bildirib ki, hallabonq sitrus bitkisi digər sitrus bitkilərindən fərqli olaraq, bir neçə dəfə çiçək açır.

 

Bir hektar hallabonq bağından 35-45 ton meyvə əldə etmək mümkündür. Təcrübəli fermerlər hallabonq sahəsinin genişləndirilməsinə daha çox maraq göstərirlər. Bu il rayonda 75-80 hektar sahədə belə bağ salınıb.

 

Qeyd edək ki, bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var. Hallabonq sitrus meyvəsinin Lənkəranda ilk dəfə keçirilən “Çay, çəltik və sitrus festivalı”nda təqdimatı əhali tərəfindən maraqla qarşılanıb.

 

Hallabonq bağlarında ilk yığım dekabr, ikinci yığım isə mart ayının sonunadək davam edəcək.

 

© Azərtac

25.12.2017 14:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ