Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ARDNF-nin 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
ARDNF-nin 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

ARDNF-dən verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub.

 

Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq fondun büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.

 

İclasda eyni zamanda ARDNF-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının” yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər təsdiq edilib. 

25.12.2017 15:46

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ