Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AG Bankın sədri iddialara ümumi sözlərlə cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AG Bankın sədri iddialara ümumi sözlərlə cavab verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

AGBank-ın İdarə Heyətinin sədri Əfqan Cəlilov Bankın məcmu kapitalı, normativlərə uyğunluğu, aktivlər, kreditlər və depozitlər kimi əsas göstəricilərə toxunmadan özlərini ümumi səzlərlə tərifləyib.

 


 

"AGBank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir. AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir. Bildiyiniz kimi, AGBank 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik”.


Bu sözləri AGBank-ın İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin  bağlanma ehtimalı yüksək olan bankların sırasında AGBank-ın adının çəkilməsinə münasibət bildirəkən deyib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Ə.Cəlilov bu informasiyaların şayədən ibarət olduğunu qeyd edərək, ekspertləri açıqlamalar verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.

 

İdarə Heyətininin sədri bildirib ki, bank nəinki bağlanmaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək: "Biz hər kəsi, ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırki fəaliyyəti ilə tanış ola bilərlər. AGBankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Bankda hazırki müştəri sayı 320 000 dən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Banklar arasında liderliyi qoruyub saxlayan AGBank-ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat əbləğində ipoteka krediti verilib.Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir”.

25.12.2017 16:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ