Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Prezidentin Ehtiyat Fondunun büdcəsi 52% artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentin Ehtiyat Fondunun büdcəsi 52% artırılıb

Gələn il Azərbaycanda dövlət büdcəsindən Prezidentin Ehtiyat Fonduna 304 milyon manat ayrılacaq.

 

Bu barədə  "2018-ci il dövlət büdcəsi haqqında"  qanundan məlum olur.

 

Xatırladaq ki, bu il sözügedən məbləğin 200 milyon manat olması nəzərdə tutulub. Başqa sözlə, dövlət başçısının Ehtiyat Fondunun büdcəsi 104 milyon manat və yaxud 52% artırılıb. 

 

Qeyd edək ki, Prezident Ehtiyat Fondundan yolların, binaların təmirinə, infrastruktur işlərinin görülməsinə vəsait ayırır.

 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. 

 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. 

 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. 

 

Prezidentinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər. 

 

Əks halda bu vəsaitlərin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.

 

© Renkinq

26.12.2017 06:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ