Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank BTB "oyuna" davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank BTB "oyuna" davam edir

Bank "BTB" bazarda qalmaq niyyətindədir. Bu günlərdə səhmdarları banka əlavə investisiya yatırıblar.


 

Bank “BTB” ASC nizamnamə kapitalını 66 450 000 manata qədər artırıb.

 

Bank “BTB”-dən "Marja"ya daxil olmuş məlumata görə, nizamnamə kapitalının artırılması Bank tərəfindən səhmlərin emissiya edilməsi hesabına mümkün olub.

 

Ümumi məbləği 14 450 000 manat, hər birinin nominal dəyəri 1000 manat olan 14 450 ədəd adi, adlı, sənədsiz səhminin yerləşdirilməsi artıq başa çatıb və 13 dekabr 2017-ci il tarixlə emissiya yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.

 

İndiyədək Bank "BTB" 52 milyon manat nizamnamə kapitalına malik olsa da, bu ilin əvvəlindən yaranmış 15 milyon manata yaxın zərər kapitalın bir hissəsini silmişdi. Bu səbəbdən Bankın nizamnamə kapitalının artırılmasına ehtiyac var idi.

 

MƏCMU KAPİTALI "QIRMIZI XƏTTƏ" YAXINLAŞMIŞDI

 

2017-ci ilin 30 Sentyabr tarixində Bank "BTB"nin məcmu kapitalı 53 milyon 95 min manat təşkil etmişdi. Qeyd edək ki, banklara qarşı minimum kapital tələbi 50 milyon manatdır.

 

Yeni kapital artırımdan əvvəl Bankın səhmdarları Nigar Mehdiyeva (75%), Rza Sadiq (19%) və Tükəzban Mahmudova (6%) idi.

 

26.12.2017 07:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ