Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İstilik üçün yardım 75% artırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstilik üçün yardım 75% artırılır

 Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Azəristiliktəchizat”ASC-yə 33 mln. manat həcmində maliyyə yardımı ayrılacaq. 

 

Reklam_3_11

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmandan məlum olur.

 

Qeyd edək ki, 2017-ci ildə “Azəristiliktəchizat ASC-yə 18,896 mln. manat ayrılıb. Yəni, gələn ilin dövlət büdcəsindən cəmiyyətə ayrılacaq yardımın kəskin (təxminən 75%) artırılması nəzərdə tutulub.

 

Həmçinin, 2018-ci il dövlət büdcəsində “Azərsu” ASC üçün 29,4 mln. manat vəsait nəzərdə tutulub. Bunun da 7,4 mln. manatı subsidiya, 22 mln. manatı nizamnamə kapitalının artırılması yolu ilə borc öhdəliklərinin tənzimlənməsi üçün ayrılıb. 

 

Maliyyə Nazirliyi büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi qaydasının layihəsini 3 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan başqa, Nazirliyə 2018-ci il ərzində büdcə təşkilatlarına maliyyə vəsaitləri ayrılarkən, kommunal xidmətlərdən (elektrik və istilik enerjisindən, təbii qazdan, sudan və tullantı sularının axıdılmasından) istifadə haqlarının, ilk növbədə (o cümlədən, müəyyən edilmiş limitdən artıq istifadəyə görə yaranmış borcların digər xərclər hesabına) ödənilməsini təmin etmək tapşırılıb.

 

© Report

26.12.2017 08:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ