Vətəndaşların ucuz mənzil alması üçün milyonlar ayrılır

Azərbaycanın 2018-ci il dövlət büdcəsindən əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 150 mln. manat ayrılacaq.

 

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.

 

Beləliklə, gələn ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər dəyişməz qalacaq. Belə ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.

 

Qeyd edək ki, parlamentdə müzakirə olunan 2018-ci ilin ilkin büdcə layihəsinə əsasən, Azərbaycanın 2018-ci il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi və sosial ipoteka kimi xərclərə 250 mln. manatın ayrılması nəzərdə tutulurdu.

 

© Report

26 Dekabr 2017 , 12:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin