Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ehtiyac meyarı və yaşayış minimumları artırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ehtiyac meyarı və yaşayış minimumları artırıldı

Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib.

 

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir.

 

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Qeyd edək ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edir.

 

Prezident Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında 
Qanunu da imzalayıb. 

 

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

 

Bu Qanun da 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdi.

 

Xəbər verdiyimiz kimi, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.

26.12.2017 12:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ