Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şirkətlərdən yığılacaq pul ilə formalaşacaq Fondun büdcəsi təsdiqləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlərdən yığılacaq pul ilə formalaşacaq Fondun büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu təsdiqləyib.

 

İşsizlikdən sığorta fondunun 2018-i il büdcəsinin gəlir və xərcləri 89,04 mln. manat məbləğində təsdiq edilib.

 

2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1%-i hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 mln. manat, qeyri-büdcə sektoru üzrə 53,6 mln. manat məbləğində proqnozlaşdırılır.

 

Qanuna əsasən, 2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

 1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

89 020 000,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

17 726 212,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

17 726 212,0

1.3.

digər sığortaedənlər

53 567 576,0

 2.

Sair gəlirlər

20 000,0

 

2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək.

 

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

  

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

 1.

İşsizliyə görə sığorta ödənişləri

 33 478 000,0

2. 

Peşə hazırlığı və əlavə təhsilin təşkili

1 613 000,0

3. 

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

1 150 000,0

 4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

120 000,0

5. 

Haqqı ödənilən ictimai işlərin təşkili

1 788 000,0

6. 

Özünüməşğulluq tədbirlərinin təşkili

35 802 000,0

7. 

Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

1 380 000,0

 8.

Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

13 709 000,0

 

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

 

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

26.12.2017 13:09

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ