Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət istiqrazlarını almaq üçün "baş yarılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarını almaq üçün "baş yarılıb"

26 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 70 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 25 investor tərəfindən 57 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 84.4746 AZN (18.4800%) və 89.3382 AZN (11.9999%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224 033 900,00 AZN olmuşdur.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.0187 AZN (15.0000%), orta ölçülmüş qiyməti 87.5261 AZN (14.3301%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 70 000 000 AZN təşkil etmişdir.

 

İstiqrazların ödəmə tarixi – 25 dekabr 2018-cu il.

 

Hərrac iştirakçıları 27 dekabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

26.12.2017 14:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ