Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palata, “DəmirBank” hesablarındakı pulları açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata, “DəmirBank” hesablarındakı pulları açıqladı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilmişdir.

 

Banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) hesabatlar rüblük əsasda təqdim edildiyindən ən son hesabat 30.09.2017-ci il tarixinə olmuşdur.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, 30.09.2017-ci il tarixinə bankda 66 286 nəfər əmanətçinin 81,5 milyon manat Fond tərəfindən kompensasiya olunan əmanəti olmuşdur.

 

"22.12.2017-ci il tarixində bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı bankda ilkin qiymətləndirmə aparılmışdır. Aparılan ilkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 milyon manat təşkil edir. Qeyd edək ki, əmanətçilərin 52 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır.

 

İlkin qiymətləndirmələr göstərir ki, bankda kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manat təşkil edir", - Palatada "Marja"ya bildirilib.

 

“DəmirBank”ın kredit ödəyiciləri ödənişlərini bankın istənilən filialında, rəsmi internet səhifəsi üzərindən (www.demirbank.az), həmçinin "MilliÖN" ödəniş sistemi vasitəsi ilə həyata keçirə bilərlər.

 

Bankda aparılan işlər, həmçinin ƏSF tərəfindən ödəniləcək kompensasiyalarla bağlı daha ətraflı məlumatlar 29 dekabr 2017-ci il tarixində təşkil ediləcək mətbuat konfransında açıqlanacaq.

 

(Ünvan: Bakı şəh., Babək pr. 16, ƏSF)

 

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

26.12.2017 16:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ