Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mehdiabadda müasir zavod tikilir - İDXALI ƏVƏZ EDƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mehdiabadda müasir zavod tikilir - İDXALI ƏVƏZ EDƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Prometal" şirkətinin istehsal xətti polimer örtüklü metalların idxalını tam əvəz edəcək, həmçinin, digər ölkələrə ixrac etmək üçün kifayət qədər gücə malikdir.

 

Reklam_3_11

“Prometal” şirkəti Azərbaycanda polimer örtüklü dəmir istehsalı üzrə ilk xətti işə salacaq. Zavod Mehdiabad qəsəbəsində yerləşir.

 

Xəttin istehsalını və quraşdırılmasını çoxlu sayda polad layihələri həyata keçirmiş, 75 illik təcrübəyə malik Avstraliyanın “Bronx International” şirkəti həyata keçirir.

 

Layihə haqqında şirkətlər qrupunun direktoru Rüfət Əzizov və layihə rəhbəri Vüqar Əsədov “Marja”ya ətraflı məlumat verdilər.

 

Rüfət Əzizovun sözlərinə görə, məhz dövlətimizin başçısı İlham Əliyev tərəfindən qeyri-neft sektorunda həyata keçirilən son islahatlar bir çox şirkətlər üçün istehsal layihələrinin həyata keçirilməsində stimul olmuşdur. Bu layihə də həmçinin, pozitiv islahatların nəticəsidir. Prometal şirkəti bu layihə ilə bağlı investisiyaların təşviqi sənədini İqtisadiyyat Nazirliyindən almışdır. Bu sənədə texnologiyaların ölkəyə idxalı zamanı, həmçinin, istehsal zamanı ciddi güzəştlər daxildir. Texnologiyalar və avadanlıqlar vergi və gömrük rüsumlarına məruz qalmır, eləcə də şirkət 7 il müddətində istehsal zamanı bir çox vergilərdən azaddır.

 

Bu gün Azərbaycanda polimer örtüklü dəmirdən geniş istifadə olunur. Bunlar tikinti bazarında geniş istifadə olunan müxtəlif rəngli dam örtüyü materialları və onların köməkçi elementləri, fasad profilləri, sandviç panellər, polad tavanlar, ventilyasiya sistemləridir. Bundan başqa, polimer örtüklü dəmirdən avtomobil istehsalında və elektrotexnika, məsələn, soyuducu, paltaryuyan maşınlar, qabyuyan maşınlar, kondisionerlər və elektrik plitələrin istehsalında istifadə olunur.

 

Polimer örtüklü dəmirlər bu gün Azərbaycana Çindən, Türkiyədən, Rusiyadan, Finlandiyadan və Koreyadan idxal olunur. İdxal edilən metalın təxminən 85%-i Çin istehsalçılarının payına düşür. "Prometal" şirkətinin istehsal xətti polimer örtüklü metalların idxalını tam əvəz edəcək, həmçinin, digər ölkələrə ixrac etmək üçün kifayət qədər gücə malikdir.

 

Xəttin bütün avadanlıqları Avropada istehsal edilmişdir, onların bütün kompomemtləri Almaniya, İngiltərə, İtaliya və İsveç istehsalçıları arasından ciddi şəkildə seçilmişdir. Bu xətt müasir mühəndis işlərinin nəticəsi olub, öz seqmentində ən yaxşı məhsul istehsal etmək qabiliyyətinə malikdir. Şirkətin məhsulları Finlandiyanın və İsveçin ən yaxşı istehsalçılarının məhsulları ilə müqayisə ediləcəkdir.

 

Layihənin meneceri Vüqar Əsədov qeyd etdi ki, bu günə bütün tikinti işləri başa çatdırılmış və istehsal xəttinin əsas avadanlıqları quraşdırılmışdır. Xəttin işə salınması 2018-ci il fevralın sonuna gözlənilir. Xətt bir keçidli olub, qalınlığı 0,18 mm-dən 0,8 mm-ə qədər və eni 1250 mm-ə qədər polad zolağı 40 m/dəq. sürəti ilə ildə 50 000 ton emal etməyə qabildir. Xətdə boyanın polimerləşdirilməsi üçün ən müasir sobalar və Bronx şirkətinin son innnovasiyası olan çox keçidli son qat vurucusu quraşdırılacaq ki, bu da müxtəlif rəngli sifarişlərin operativ istehsalına imkan verəcəkdir. Bu xətt müxtəlif tip örtüklərlə: poliester, mat poliester, mat rifli poliester və PVDF ilə iş üçün nəzərdə tutulub.

 

Qeyd etmək lazımdır ki, bu layihə ölkəmiz üçün bir yenilikdir, ona görə də, layihə üzərində işləyən komanda metal istehsalında regionun lideri olan Maqnitoqorsk Metallurgiya Kombinatında praktiki treninqlər keçmişdir. Bundan başqa, şirkətin gənc texnoloqları Akzo Nobel (Niderland) şirkətinin laboratoriyalarında treninqlər keçmiş və məhsulun keyfiyyətinin ölçülməsi üzrə metodikaları mənimsəyiblər. Biz öz gücümüzə inanırıq, bizim istehsalçı komandamız tamamilə gənc yerli mütəxəssislərdən ibarət olacaq, onlar artıq bu gün xəttin qurulması zamanı özlərini yaxşı tərəfdən göstərə biliblər.

 

Sonra Rüfət Əzizov yeni istehsalın həm müştərilər, həm də istehsalçı üçün olduqca mühüm olan cəhətləri qeyd etdi. Məhz bu amillər layihənin uğur qazanmasının əsas amilləri olacaq.

 

1. Yerli iqlim şəraitinə uyğun məhsullar. “Prometal” məhsulları “AkzoNobel” (Niderland), PPG (ABŞ) və BASF (Almaniya) kimi ən yaxşı istehsalçıların polimerlərindən istifadə etməklə istehsal olunacaq. RUV3 iqlim şəraitinə uyğun polimerlərdən istifadə olunacaq, belə ki, Azərbaycan məhz bu iqlim zonasında yerləşir. Bu gün idxal edilən materialların əksəriyyəti RUV3 iqlim normalarına uyğun deyil. Həmçinin, dənizə yaxınlıq və duzluluğ nəzərə alınacaq, məsələn, tələb olunduqda korroziyaya daha davamlı olan metal işlədiləcək ki, bunu da boyanın altından sink qatını daha qalın etməklə təmin edəcəyik. İstehsalçı kimi bütün qeydiyyat nömrələrini göstərməklə 10 illik zəmanət sertifikatları verəcəyik.

 

2. Qənaətli və ekoloji dam örtüyü. Prometal məhsulları həmçinin, soyuq dam (cool roof technology) texnologiyalarını nəzərə alacaq. Soyuq dam örtüyü yay vaxtı evin soyudulmasına çəkilən xərclərin təxminən 25-30% azaldılması deməkdir. Bununla yanaşı evin adətən kondisioner ilə soyudulmayan (qaraj, zirzəmi, köməkçı otaqlar) hissələrinin də yay vaaxtı sərin qalmasın təmin edir. “Soyuq dam” texnologiyası yüksək reflektiv boyanın seçilməsi ilə təmin edilir ki, bu da dam örtüyünə qızmağa imkan vermir, yəni günəş şüalarını absorbsiya etmir. Bununla yanaşı, soyuq dam örtüyünün səthində boya yanmır, müvafiq olaraq dam örtüyünün istismar müddəti də uzanır. “Soyuq dam” texnologiyaları həm qənaətlidir, həm də ekoloji yaşıl sayılır.

 

3. Yüksək keyfiyyət və müştəri servisi. Prometal şirkəti bütün istehsal prosesini bloklar şəklində kodlamaq üçün ERP sistemi üzərində müvafiq şirkətlər ilə danışıqlar aparır. Bütün xammal, polimer və kimyəvi malların istehsala daxil olmadan keyfiyyəti yoxlanılıb identifikasiya nömrəsi ilə qeyd olunacaq. Bütün istehsal prosesi və keyfiyyətə nəzarət testləri həmin identifikasiya nömrəsi altında kodlaşdırılacaq. Hansı məhsulun hansı mənşəli xammaldan hazırlandığın istənilən zaman görmək mümkün olacaq. Hər bir məhsulun üzərində müvafiq kod qeyd olunacaq ki, müştərilər tərəfindən lap 5 il sonra da narazıçılıqlar olsa biz onu araşdırıb tapa biləcəyik ki, problem xammalda olub və ya istehsalda və yaxud da məhsulun istifadəsində. Bu isə bizi yerli istehsalçı kimi fərqləndirəcək, cünkü xarici istehsalçılardan alınan mallarda problme çıxdığı zaman onun həlli çox çətin olur və uzun zaman aparır, bir çox hallarda isə müştərinin haqqı qorunmur.

 

4. Sifarişlərin yerinə yetirilməsində operativlik və qənaətlilik. Artıq qeyd edildiyi kimi, polimer örtüklü metalın 85%-i Azərbaycana Çindən idxal edilir ki, bu da sifarişdən sonra minimum 90 günə başa gəlir. Bundan başqa, xarici ölkələrdən sifariş üçün hər rəngdən 65 ton təşkil edən vaqon normaları vacibdir. Polimer örtüklü metal əsasında bizneslə məşğul olan kiçik şirkətlər üçün bu iki amil ciddi maliyyə çətinlikləri yaradır, həmçinin, daxili bazarda qiymətlərin qalxmasına səbəb olur. Polimer çəkilməsinin müasir tez növbəli qurğusu Prometal şirkətinə istənilən sifarişləri olduqca operativ yerinə yetirməyə imkan verəcək. Məsələn, topdan satış şirkətləri hər rəngdən (3-4 rəng) 5-10 ton sifariş verə və gün ərzində metalı gəlib apara bilər. Bu isə öz növbəsində həmin şirkətlərə imkan verəcək ki, daha az maliyyə vəsaiti ilə dövriyyə edə bilsinlər və anbarda xammal saxlamasınlar.

 

Yuxarıda deyilənləri yekunlaşdıraraq demək olar ki, “Prometal” şirkəti bu layihə ilə ölkəmizə olduqca yeni texnologiyalar və təcrübə gətirir, öz seqmentində inkişaf üçün yeni üfüqlər açır. Tezliklə şirkət öz müştərilərini və tərəfdaşlarını zəmanət müddəti verməklə keyfiyyətli və qənaətli məhsulla operativ təmin edə biləcək.

"Prometal" şirkətinin əməkdaşları Maqnitoqorsk Metallurgiya Kombinatında treninq zamanı.

 

28.12.2017 08:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ