Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Boru kəməri partladı, neft qiymətləri sıçradı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Boru kəməri partladı, neft qiymətləri sıçradı

Liviyanın ən böyük ixrac terminalına gedən boru xəttində partlayış baş verib və OPEC üzvü olan bu ölkədə hasilatı azaldılıb. Nəticədə neft qiymətləri sonra iki 2,5 ilin ən yüksək səviyyəsinə qalxıb.  
 


"Marja" xəbər verir ki, neft qiymətləri 2.6 faiz bahalaşaraq 2015-ci ilin İyun ayından bu yana ən yüksək səviyyəsinə çıxıb.

 

Liviyanın "Es Sider" terminalına neft daşıyan "Waha Oil Company"nin işlətdiyi boru xəttində Çərşənbə axşamı günü bir partlayış meydana gəlib. Bu partlayış nəticəsində hasilat sutkada 70,000- 100,000 barel azalıb.

 

Digər tərəfdən, Səudiyyə Ərəbistanının büdcəsinə dəstək üçün, neft gəlirini 2023-ə qədər təxminən 80 faiz artırmasını gözlədiyi qeyd edilib.


 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını 2018-ci ilin sonuna qədər azaltmağa razılaşmaları ilə kəskin bahalaşmışdı.

 

Bu ay qiymətlər, İngiltərədə dünyanın ən mühüm boru xətlərindən biri olan "Forties" boru kəmərinin çatladığına görə bağlanmasının təsirilə də yüksəlmişdi. Kəməri işlədən "Ineos Group" şirkəti Forties boru kəməri sistemində axının qismən yenidən bərpa edildiyini açıqlayıb.


 
Liviyada partlamış kəmərin yenidən bərpa olunmasının çox vaxt tələb edə biləcəyinə görə çox ciddi bir vəziyyətdir. Bu fasilə, qlobal neft ehtiyatlarının bir hissəsinin azalmasına səbəb olacaq qədər ciddidir.


 
Qərbi Texas nefti (WTI) Nyu-Yorkda "Nymex" birjasında 60 dolları, Brent neftinin qiyməti, Londonda "İCE Futures Europe" birjasıda  67.07 dolları görüb. 

27.12.2017 05:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ