Azərbaycan aqrar sektor üçün Çinlə əməkdaşlığı daha da genişləndirir
Çinli mütəxəssislər Qax Damazlıq–İpəkçilik Stansiyasının tam yenidən qurulması, rayonda müasir tipli zavodun tikilməsi və layihələndirilməsi məqsədilə ölkəmizə dəvət olunublar.
Bu barədə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan ilə görüşdə bildirib.
Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazir müavini İlham Quliyev Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da əlaqələrin yeni müstəvidə inkişaf etdiyini deyib.
Keçən il Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çin Xalq Respublikasından 1000 qutu barama toxumu və 1,5 milyon ədəd tut tinginin (çəkil) ölkəmizə gətirildiyini qeyd edən İlham Quliyev Çin hökumətinə, xüsusilə bu ölkənin Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib.
Nazir müavini cari ildə də 5000 qutu barama toxumunun alınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender keçiriləcəyini nəzərə çatdıraraq, Çin şirkətlərinin tenderdə iştirakının məqsədəuyğun olduğunu vurğulayıb. Eyni zamanda, keçən il Çindən alınan barama toxumunun yüksək məhsul verdiyi bildirilib. İlham Quliyev Qax Damazlıq–İpəkçilik Stansiyasının tam yenidən qurulması üçün Çin təcrübəsindən istifadə etməklə, rayonda müasir tipli zavodun tikilməsi və layihələndirilməsi məqsədilə çinli mütəxəssisləri, həmçinin ixracyönümlü məhsullarımızın bu ölkəyə ixracında maraqlı olan Çin şirkətlərini ölkəmizə dəvət edib.
Görüşdə Çinin baramaçılıq, çəltikçilik və çayçılıq sahələrinin inkişaf etdiyi nəzərə alınaraq, bu istiqamətlərdə əməkdaşlığa önəm verildiyi vurğulanıb. Həmçinin Çin Xalq Respublikası ilə kənd təsərrüfatı sektorunda əməkdaşlığı daha da genişləndirmək üçün müxtəlif sahələr üzrə anlaşma memorandumunun imzalanmasının vacibliyi qeyd edilib.
Van Çunqan Çinin Azərbaycan ilə aqrar sahədə əlaqələrinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 d. əvvəl
- 12 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
-
38 d. əvvəl
MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
- 40 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
İrana gedən Azərbaycan vətəndaşlarının sayında daha böyük artım olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
- 1 saat əvvəl