Türkiyə Rusiyadan 2,5 milyard dəyərində 4 divizion “S-400” kompleksi əldə edib

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.  

 

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”, - deyə o bildirib.  

 

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.  

 

© APA

27 Dekabr 2017 , 09:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin