Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avro və Lirənin ucuzlaşması proqnozları güclənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro və Lirənin ucuzlaşması proqnozları güclənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avronun 1.19$-ı və Lirənin 3.80TL-ni qıra bilməməsi, yenidən ucuzlaşa biləcəkləri proqnozlarını gücləndirib. Brent nefti 67$-a kimi dəyər qazanıb.


 

Reklam_3_11

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti çərşənbə axşamı 1.19$ istiqamətində bahalaşsa da, 1.19$-ı yuxarı istiqamətdə qıra bilməyib və 1.1870$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən qiymət bu səviyyənin altında qalmaqla 1.1808$-ı aşağı istiqamətdə qırarsa, 1.1760 və 1.1630$-a kimi də ucuzlaşa bilər.

 

Türkiyə bazarlarında da USD/TRY məzənnəsi 3.80TL-ni aşağı istiqamətdə qırmaqda çətinlik çəkir. Beləliklə, qiymət 3.80TL-nin üzərində qaldıqca, yenidən 3.84TL-ə kimi də bahalaşa bilər.

 

Neft qiymətlərində 2,6%-lik bahalaşma

 

Enerji bazarlarında isə neft qiymətləri artım dalğalarını sürətləndirib. Liviyada neft boru kəmərinə edilən hücumdan sonra Avropanın Brent markalı neftin bir barel qiyməti 67$-a kimi 2,6% dəyər qazanıb və qiymətin 65.70$-ın üzərində möhkəmlənməsi ilə 68.21$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

Məlumat Azərbaycanın İnvestAz İnvestisiya şirkəti tərəfindən hazırlanıb.

27.12.2017 06:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ