Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Distributorlara endirimlər hesablanmayacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Distributorlara endirimlər hesablanmayacaq - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Carlsberg Azerbaijan" MMC distributorlara xəbərdarlıq edib.

Reklam_3_11


Şirkətdən verilən məlumata görə, gələn ilin yanvar 27-dən etibarən ticarət nöqtələrinə satılan malın həcmindən "Carlsberg Azerbaijan" MMC tərəfindən kompensasiya olunan listinqlər üzrə distributorlara endirimlər hesablanmayacaq.

 

"Bakı-Pivə" istehsalat birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969-cu ildə istismara verilib. Həmin dövrdə o, SSRİ-nin altı ən iri pivəbişirmə müəssisələrindən biri olub.

 

1997-ci ildə zavod Fransanın "Group Castel" konserninin idarəsinə verilib, iki il sonra isə zavodda irimiqyaslı yenidənqurma işləri başa çatdırılıb.
 

"Carlsberg Group"un bir hissəsi və Rusiya pivə bazarının çoxillik lideri olan "Baltika" pivəbişirmə şirkəti 2000-ci ildən Azərbaycana pivə tədarük edir. 2008-ci ilin may ayında "Baltika" ilə "Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern)" arasında "Bakı-Kastel" pivəbişirmə zavodunun alınması barədə razılaşma imzalanıb, bundan sonra zavod "Baltika" şirkətinin tərkibinə daxil olub. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək “Baltika-Bakı” adlandırılıb.


Hazırda zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub.

 

Şirkətin zavodun inkişafına qoyduğu yatırımların ümumi məbləği 40 mln manatdan artıqdır.

27.12.2017 06:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ