SOCAR ilə birgə yaradılmış şirkət ləğv edilir

1997-ci ildə SOCAR-ın iştirakı ilə yaradılmış “Kaspian Şipyard Kompani” MMC ləğv edilir.

 

Marja” Vergilər Nazirliyinin qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 904 ünvanına bildirə bilərlər.

 

Şirkətin təsisçiləri SOCAR (20%) Sinqapurun “AzərFels Pte Ltd” (75%) və Hollandiyanın "Lukoyl Europe Holdings B.V." (5%) şirkətləridir.

 

“Kaspian Şipyard Kompani” 20 il müddət üçün yaradılmışdı. Bu il həmin müddət başa çatır.

 

“Kaspian Şipyard Kompani” bütün növ gəmilərin təmiri,modernləşdirilməsi və ya təkmilləşdirilməsi, bütün növ gəmilər üçün dizayn, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsi, bütün növ gəmilərin idarə edilməsi və istismarı, avadanlıq, mal və materialların alqı-satqısı fəaiyyətləri ilə məşğul olurdu.

27 Dekabr 2017, 09:55   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin