Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni ilin əvvəlində Azərbaycanda dollar ucuzlaşa bilər - PROQNOZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni ilin əvvəlində Azərbaycanda dollar ucuzlaşa bilər - PROQNOZ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2018-ci ilin ilk rübündə ABŞ dollarına cari tələbatın xeyli azalacağı və məzənnənin enəcəyi gözlənilir.

 

Bir qrup analitiklərlərin proqnozuna görə, neft qiymətlərinin son 2,5 ilin maksimal həddinə - 67 dollar/barelə çatmasına baxmayaraq, Azərbaycanda dollara tələbin artması ilin sonu ilə əlaqədar maliyyə təşkilatlarının valyutada açıq mövqelərini bağlaması və idxalın mövsümi səbəblərdən artması ilə bağlıdır.

 

Analitiklər 2018-ci ilin ilk rübündə ənənəvi olaraq idxalın azalacağını, nəticədə, dollara tələbin xeyli aşağı düşəcəyini proqnozlaşdırır: 

 

"İlin ilk rübündə qlobal neft bazarında qiymətlərin 60 dollar/bareldən yuxarı həddə sabitləşməsi durumunda Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,65-1,67 AZN/USD-yə qədər geriləməsi, nağd valyuta bazarında isə məzənnənin daha da aşağı düşməsi mümkündür".

 

"Lakin qeyd etmək lazımdır ki, cari ilin III rübündə Azərbaycanın tədiyyə balansı əvvəlki rüblə müqayisədə 88 dəfə azalaraq 11 mln. dollara enib. Bu azalma, dolların məzənnəsinin həddindən artıq ucuzlaşmasına mane olacaq. Həmçinin, qlobal bazarda neftin yenidən ucuzlaşması başlayarsa, o zaman dolların məzənnəsi yenidən 1,70 AZN/USD və hətta daha yuxarı səviyyəyə yüksələ bilər. Qlobal iqtisadiyyatda hər hansı bir gözlənilməz hadisənin baş verməməsi durumunda, 2018-ci ildə ciddi iqtisadi artım proqnozlaşdırılır. Bu da öz növbəsində neftə tələbatı artıraraq qiymətlərin yüksək səviyyədə qalmasını təmin edəcək", - deyə analitiklər əlavə ediblər.

 

© Report

27.12.2017 08:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ