Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Gül yağı üçün plantasiyalar salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gül yağı üçün plantasiyalar salınır

Bu sahənin inkişaf etdirilməsi üçün ötən il rayon ərazisində gül plantasiyasının salınması və yeni gül emalı zavodunun tikintisi məqsədi ilə 100 hektar torpaq ayrılıb.

 

Zaqatalada “AzRose” MMC tərəfidən 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd “qızılgül” tingi əkilib. 

 

"Marja" Zaqatala İcra Hakimiyyətiə istinadən xəbər verir ki, cari ilin birinci rübündə isə 500 min ədəd “lavanda” tinglərinin həmin ərazidə 25 hektar sahədə əkilməsi təmin edilib və damcılama suvarma sistemi quraşdırılıb. 

 

Cari ilin payızında plantasiyada əlavə 68 hektar sahədə qızılgül, 10 hektar sahədə lavanda tingləri əkilməklə, mövcud gül plantasiyası ərazisinin 132 hektarını qızılgül, 35 hektarını isə lavanda təşkil edir.

 

“AzRose” MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində ümumi sahəsi 1008 kvadratmetr olan istehsalat binası, 3 mərtəbəli inzibati bina, qazanxana və digər tikililər inşa edilib. Eləcə də 5 min ton tutumu olan su anbarı quraşdırılıb. Hazırda tikinti və abadlıq işləri davam etdirilir. Obyektdə 160 nəfərdən artıq rayon sakininin məşğulluğu təmin edilib.

“AzRose”  gül yağı istehsal edəcək.

27.12.2017 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ