Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazir: Hotellərdə qiymətlər yüksək deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Hotellərdə qiymətlər yüksək deyil

"Tələbat Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi və yeni otellərin tikilməsini diqtə edir".

 

Bunu nazir Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, artıq Yeni il ilə bağlı hotellərin əksəriyyətində yer qalmayıb: "Azərbaycan vətəndaşlarının əksəriyyəti bayramı ölkədə keçirməyi qərara alıb. Bunun üçün də yerlərdə konsert proqramları və əyləncələrin təşkilinə xüsusi önəm verilir".

 

Nazir qeyd edib ki, Azərbaycandakı hotellərin qiymət siyasəti dünya miqyası ilə müqayisədə yüksək deyil: "Hotellərdə bayram ərəfəsində və həftəsonlarında qiymətlərın artması beynəlxalq təcrübədən irəli gəlir. Ancaq bu da ölkəmizdə digərləri ilə müqayisədə qiymətlər daha yüksək olması demək deyil. Hazırda Azərbaycan hotelləri hər bir potensial turistə müvafiq qiymətlər təqdim etməyə nail olublar. Bəzi hotellərdə qiymətlər 50 manata qədərdir, bəzilərində də 1000 manatdan bahadır. Azərbaycan turizm bazarı öz inkişafı ilə düzgün siyasətin aparıldığını göstərir".

 

© Report

27.12.2017 09:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ