Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycana aşağı büdcəli uçuşlar artırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana aşağı büdcəli uçuşlar artırılacaq

“Birinci Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon manatdan çox idisə, ikinci festivalın ümumi dövriyyəsi isə 33 milyon manatdan artıq oldu”.

 

Reklam_3_11

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının fəaliyyətə başlamasından bir illiyi münasibəti ilə təşkil olunan tədbirdə deyib.

 

Nazir bildirib ki, ötən müddətdə Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər görülüb: 

 

“Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb”.

 

© APA

27.12.2017 09:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ