Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan sərmayəçiləri Aktauda transformator zavodu tikir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan sərmayəçiləri Aktauda transformator zavodu tikir

2018-ci ildə Azərbaycan sərmayəçiləri Aktauda yeni transformator zavodunu istifadəyə verməyi planlaşdırırlar. Bunu Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğunun rəhbəri Elxan Zeynalov deyib.

 

“Gələn il biz burada böyük transformator zavodu açmaq niyyətindəyik. Bu, 50 mln. dollar dəyərində təmiz Azərbaycan sərmayəsidir. Zavod böyükdür, burada minlərlə iş yeri açılacaq”, - diplomat Aktauda Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğununaçılmasının 10 illiyi münasibətilə tədbirdə çıxışı zamanı bildirib.

 

Qazaxıstan mətbuatının məlumatına əsasən, E.Zeynalov əlavə edib ki, Azərbaycan sərmayəçilərinin son illər ərzində Qazaxıstanın qərb vilayətlərində iqtisadiyyatın qeyri-xammal sahələrinə ümumi investisiyaları $300 mln. təşkil edib.

 

Onun sözlərinə görə, hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə 800-dən artıq şirkət və Azərbaycanda 70-dən artıq Qazaxıstan şirkəti fəaliyyət göstərir.

 

Manqistaus vilayətinin rəhbəri Yeralı Tuqjanov öz növbəsində qeyd edib ki, hazırda burada iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla birgə fəaliyyət göstərən 52 müəssisə qeydiyyata alınıb.

 

“2017-ci ilin yanvar-oktyabr ayları ərzində Manqistaus vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 41,2 mln. dollar, həmçinin ixracın həcmi  26,1 mln. dollar, idxal -  15,1 mln. dollar təşkil edib. Ümumilikdə, iki ölkə arasında ticarət dövriyyəsi $140 mln.-a yaxın təşkil edir”, - Y.Tuqjanov məlumat verib.

 

© İnterfaks-Azərbaycan

27.12.2017 10:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ