Mobil manşet üstü reklam_21

OPEC və dostları razılaşdı - Toplantı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC və dostları razılaşdı - Toplantı keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avstriyanın paytaxtı Vyanada, OPEC üzvü olan üç və OPEC üzvü olmayan iki ölkənin yaratdığı Birgə Nazirlər Nəzarət Komitəsinin (OBGK) açılış toplantısı keçirilib. Toplantıda OPEC və dostları hasilatın monitorinqinin aparılması məsələsində razılaşıblar.

 

"Marja" xəbər verir ki, OPEC tərəfindən verilən açıqlamada, keçən aylarda OPEC üzvü və OPEC üzvü olmayan ölkələrin qəbul etdiyi gündəlik neft hasilatı səviyyəsinin azaldılması razılaşmasının uğurla həyata keçirilməsi və qərarın bazara əks olunmasının təqib edilməsi üçün Monitorinq Komissiyası yaradıldığı bildirilib. Komissiyanın üç OPEC üzvü olan ölkə (Əlcəzair, Küveyt və Venezuella) və iki OPEX xarix ölkədən (Rusiya və Omanın) ölkədən ibarət olduğu bildirilib.

 

 Açıqlamada, neft bazarında sabitliyin təmin olunması, istehsalçı və istehlakçıların maraqlarının qorunması üçün qəbul edilən qərarların və əməkdaşlığın önəmi qeyd edilərək, müqaviləyə tam və vaxtında əməl edilməsi üçün bir sıra qərarlar qəbul olunduğu bildirilib.

 

OBGK Komitəsinin qəbul etdiyi qərarlara görə, OPEC Katibliyi, OPEC üzvü olan və olmayan ölkələrin xam neft hasilatına dair hər ayın 17-sində Birgə Nazirlər Monitorinq Komitəsinə (OBGK) aylıq istehsal göstəricilərinə dair hesabatı təqdim edəcək. Həmçinin əlaqədar ölkənin istehsal nizamlamasına uyğunluğunun qiymətləndirilməsi yalnız istehsal göstəricilərinə əsaslanacaq.

 

OBGK-ni təşkil edən beş üzv ölkənin hər birinin nəmizədinin iştirakı ilə Texniki Komitə yaradılır. Komitənin üzv şəxsləri OPEC katibliyi də daxil, müvafiq nazirlərə kömək edəcəklər.  Texniki Komitə, OPEC katibliyi ilə əməkdaşlıq halında, mütəmadi olaraq görüşərək, OBGK-ya  aylıq hesabat təqdim edəcək.

 

OBGK hər ayın 17-sində toplaşaraq, Texniki Komitənin təqdim etdiyi hesabatları may ayında keçiriləcək OPEC toplantısı ərəfəsində qiymətləndirəcək.

 

OBGK, OPEC-in ötən noyabr ayında 171-ci Nazirlər Toplantısında qəbul edilən qərar və OPEC üzvü olmayan ölkələr ilə əldə edilən əməkdaşlığın həyata keçirilməsinə dair aylıq mətbuat açıqlaması yayacaq. Həmçinin Nazirlər Toplantısında qəbul edilən qərarların bazara əks olunması məruzə ediləcək.

 

OPEC üzvü olan ölkələr, 30 Noyabr 2016-cı il tarixində Vyanada qəbul etdiyi qərarla neft hasilat səviyyəsini gündəlik 1,2 milyon barrel endirmək qərarı vermişdilər. OPEC üzvü olmayan ölkələr ilə 10 Dekabr 2016-cı il tarixində əldə edilən razılaşma nəticəsində Rusiya 300 min barrel, digər 10 ölkə isə 258 min barrel daha az istehsal edəcəyini açıqlamışdı. Verilən qərarların 1 Yanvar 2017 -ci il tarixindən  tətbiqinə başlanılıb. 

23.01.2017 03:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ