Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Sahibkar 18 faizlik kreditin 10 faizini ödəyəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sahibkar 18 faizlik kreditin 10 faizini ödəyəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondu sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsini dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşıdıracaq. 

 

Reklam_3_11

Tanınmış iqtisadçı Vüqar bayramov bildirib ki,  bu Kredit Zəmanət Fondunun da funksiyasına daxil idi və bu təklifi hökumətə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2015-ci ildə təqdim etmişdi.

 

"Bu əslində sahibkarların kreditə əlçatanlığının artırılması üçün vacib məqamdır. Məsələn, kommersiya bankı 18 faizə kredit təklif edir. Bu kredit faizi yüksək olduğu üçün sahibkar üçün cəlbedici deyil. Mövcud qaydalara əsasən, sahibkara fonda müraciət etməklə faizin bir hissəsinin ödənilməsini istəyə bilər. Fond 18-in 8 faizinin subsidiya edə bilər. Nəticədə, sahibkar 18 faizlik kreditin yalnız 10 faizini ödəyir. Digər 8 faiz isə fond tərəfindən birbaşa banka ödənilir. Məsələn, 100 min manatlıq kredit 3 il müddətnə götürülübsə o zaman orta hesabla 18 min manatlıq faiz ödənişinin 10 min manatını sahibkar 8 min manatını isə dövlət ödəyir. Əgər kredit müddəti 3 ildən çoxdursa o zaman orta hesabıa 18 min manatlıq faiz ödənişinin yalnız 8 min manatını sahibkar ödəyəcək. Qaydalara əsasən, sahibkarın ödəyəcəyi faiz 6-dan az olmamalıdır. Belə subsidiyalaşmanın üstünlüyü ondan ibarətdir ki, bu bank kreditlərinə tələb yaratmaqla yanaşı prosesi şəffaflaşdırır".

27.12.2017 13:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ