Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft bahalaşma trendində qalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bahalaşma trendində qalır

OPEC və digər istehsalçı ölkələr hasilatın azaldılmasına dair öhdəliklərini yerinə yetirib yetirmədiyini monitorinq məsələsində razılığa gəliblər. Digər tərəfdən, ABŞ-da  qazılan quyuların sayı  2013-dən bu yana ən sürətli artımını göstərib.


 
Rusiyanın energetika naziri Aleksandr Novaka görə, beş üzvlü monitorinq komitəsi, hasilatın azaldılmasına dair öhdəliklərə riayət edilib edilmədiyini izləmək üçün istehsalçılar və kənar mənbələr tərəfindən təqdim olunan məlumatları araşdıracaq. 

 

Baker Hughes Inc.-ın  açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyusu sayı 29 artaraq 551 ilə 2015-ci ilin Noyabr ayından bu yana ən yüksək səviyyəsinə qalxıb.


 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin  qlobal təklif  artığını azaltmaq üçün istehsalı azaltmaq məsələsində razılığa gəlməsinin ardından 50 dolların üzərində qalır. 

 

Səudiyyə Ərəbistanı, istehsalçı ölkələrin hazırda hasilatı gündəlik 1.5 milyon barrel və ya 1 Yanvardan etibarən qüvvəyə minən ümumi öhdəlik miqdarının 80%-dən çoxu qədər aşağı saldığını açıqlayıb.  Beynəlxalq Enerji Agentliyi isə, qiymətlərdəki yüksəlişlə bərabər ABŞ-da şist nefti istehsalının artacağı proqnozunu verib.


 
Analitiklər bildirirlər ki, neft qiymətləri 55-56 dollardan yuxarı qalxmaqda çətinlik çəkəcəkdir. Çünki  ABŞ istehsalında artım üçün hələ olduqca çox böyük potensial var.


 
Qərbi Texas nefti  (WTI) Nymex birjasına 6 sent yüksələrək bareli 53.28 dollara, Brent Nefti  Londonda ICE Futures Europe birjasında 4 sent yüksələrək bareli 55.53 dollara çıxıb.

23.01.2017 04:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ