Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bankların sahibləri Palataya müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların sahibləri Palataya müraciət edib

"Bank sektorunun kapitallaşması yekunlaşma mərhələsindədir və kapitallaşma prosesi planauyğun gedir".

 

Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Palaya qeyd edib ki, 2018-ci ildə bank sektorunun sağlamlaşdırılması proseslərinin tamamlanması nəzərdə tutulur: 

 

"Banklardan tələb olunan kapital isə onların yalnız minimum tələblərinin yerinə yetirilməsi deyil, daha uzunmüddətli dövrdə baş verə biləcək risklərə qarşı da adekvat kapital buferinin təmin edilməsini nəzərdə tutub”.

 

SƏHMDARLAR PALATAYA MÜRACİƏT EDİB

 

Palata vurğulayıb ki, hazırda fəaliyyət göstərən bankların kapital mövqeyi sabitdir və kapitallaşma proqramının icrasına ciddi nəzarət olunur:


“Səhmdarlar tərəfindən bankların uzunmüddətli dövrdə dayanıqlığının təmin edilməsi üçün isə əlavə kapital inyeksiyaları təmin edilir. Təkcə son iki ay ərzində kapital inyeksiyalarının həcmi 68 mln. manat təşkil edib. Bundan əlavə, bankların səhmdarları tərəfindən 384 mln. manat həcmində səhm buraxılışı ilə bağlı Palataya müraciət olunub. Bu istiqamətdə proseslər artıq yekunlaşmaq üzrədir.  Beləliklə, mövcud situasiyada sektorda fəaliyyət göstərən bankların defoltu ilə bağlı təhdidlər mövcud deyil”.

28.12.2017 05:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ