Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Hasilatın azaldılmasına əməletmə fantastikdir” – 80%

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hasilatın azaldılmasına əməletmə fantastikdir” – 80%

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin hasilatın azaldılmasına dair öhdəliklərə riayət etməsi fantastik səviyyədədir.

 

“Marja” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika və sənaye naziri Xalid Al-Falih Vyanada jurnalistlərə bildirib.

 

"Əməletmə yüksəkdir.  Bu, həqiqətən də fantastikdir. Bu, gördüyümüz ən yaxşı razılaşmalardan biri olub " - Al-Falih bazar günü bildirib.

 

Xalid Al-Falih  istehsalçı ölkələrin hazırda hasilatı gündəlik 1.5 milyon barrel və ya 1 Yanvardan etibarən qüvvəyə minən ümumi öhdəlik miqdarının 80%-dən çoxu qədər aşağı saldığını açıqlayıb.  

 

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin  qlobal təklif  artığını azaltmaq üçün istehsalı azaltmaq məsələsində razılığa gəlməsinin ardından 50 dolların üzərində qalır. Bakı vaxtı ilə saat 8:00-da Brent nefti 55,60 dollardan alıcı tapıb.

23.01.2017 05:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ