Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar 1,5%-ə kimi ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 1,5%-ə kimi ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çərşənbə günü Amerika iqtisadiyyatı ilə bağlı açıqlanan zəif fundamental məlumatlar, foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin ucuzlaşmasına səbəb olub. Dollar indeksi üzrə təhlillərə əsasən isə qiymət 93.00 punktun altında qalarsa, eniş dalğası 92.60 (0.4%) və 91.57 punkta (1.5%) kimi də davam edə bilər. 

 

Reklam_3_11

EUR: 1.19$ yuxarı istiqamətdə qırıldı. 

 

Nəticədə beynəlxalq birjalarda EUR/USD valyuta cütlüyü qiymətinin yenidən bahalaşaraq, 1.19$-ı yuxarı istiqamətdə qırdığının şahidi oluruq. Təhlillərə əsasən qiymət bu səviyyənin üzərində möhkəmlənməklə, 1.1970 və 1.2124$-a kimi də bahalaşa bilər.

 

Lirənin qiyməti 3.84TL-ə kimi ucuzlaşa bilər. 

 

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 3.81TL-nin üzərində ticarət edilməkdədir. Beləliklə, qiymət 3.80TL-nin üzərində qaldıqca, 3.84TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.

 

Qızılın növbəti hədəfi 1302$. 

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti dəyər qazanmaqda davam edir. Artıq 1290$-a kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti 1283$-ın üzərində qaldıqca, artım dalğası 1302$-a kimi də davam edə bilər.

28.12.2017 07:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ